Saturday, March 11, 2006


«FORBES»in HESABLAMASINA GÖRƏ, DÜNYADA 793 MİLYARDER VAR. ONLARDAN BİRİ AZƏRBAYCANLIDIR

ABŞ-ın «Forbes» jurnalı dünyanın ən varlı adamlarının - milyarderlərin siyahısını açıqlayıb. Milyarderlərin reytinq cədvəli tərtib olunarkən onların banklardakı pullarından başqa mülkləri, villaları, avtomobilləri və s. nəzərə alınıb.
Jurnalın hesablamasına görə, dünyada 793 nəfər milyarder var.
Dünyanın ən varlı adamı əvvəlki kimi «Maykrosoft» (Microsoft) şirkətinin sahibi Bill Geytsdir. Onun varidatı 50 milyard dollar təşkil edir. Ən varlı adamların siyahısında B.Geytsin liderlik etdiyi ilk onluq belədir:
1. Bill Geyts (ABŞ) – 50 milyrad dollar;
2. Uorren Buffet (ABŞ) - 42 milyard dollar;
3. Karlos Slim Helu (Meksika) - 30 milyard dollar;
4. İnqvar Kamprad (İsveç) - 28 milyard dollar;
5. Lakşmi Mital (Hindistan) – 23,5 milyard dollar;
6. Pol Alen (ABŞ) - 22 milyard dollar;
7. Bernard Arnold (Fransa) – 21,5 milyard dollar
8. Şahzadə Əvəlid Bin Talal Əl-Səid (Səudiyyə Ərəbistanı) - 20 miylard dollar;
9. Kennet Tomson (Kanada) – 19,6 milyard dollar;
10. Li Ka-Şinq (Honkonq) – 18,8 milyard dollar.
Siyahıda Azərbaycan vətəndaşı olmasa da, azərbaycanlı var. Söhbət 793 milyarderin arasında 37-ci yerdə duran Rusiyanın «Lukoyl» şikrətinin prezidenti Vahid Ələkbərovdan gedir. V.Ələkbərovun varidatı 11 miylard dollar həcmində qiymətləndirilir. Müqayisə üçün deyək ki, ötən il V.Ələkbərovun var-dövləti 4,3 milyard dollar həcmində qiymətləndirilmişdi. Onu da bildirək ki, siyahıdakı postsovet ölkələrindən olan milyarderlər əsasən Rusiya vətəndaşlarıdır.
Ötən illə müqayisədə dünyada milyarderlərin sayı 102 nəfər artıb. Ümumilikdə dünya milyarderlərinin variadtı 2,6 trilyon dollar təşkil edir. Siyahıdakı milyarderlərdən yalnız 78 nəfəri qadındır.

0 Comments:

Post a Comment

<< Home