Wednesday, January 11, 2006

QAZAXSTANDA İLK DƏFƏ QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ İSTİRAHƏT GÜNÜ ELAN OLUNUB

11 yanvar 2006, 12:32 Çap üçün versiya Dosta yolla


Sovet İttifaqından qalmış qanunların bir çoxu hələ də Qazaxstan respublikasında qüvvədədir. Beləki, Qazaxstan respublikasında Sovet dövründə olduğu kimi müstəqilliyini əldə etdikdən sonra da müsəlmanlara xas olan bayram və münasibətlərdə istirahət günü elan olunmurdu. Müsəlmanlar Ramazan və Qurban bayramlarını xüsusi olaraq başqa bayramlar kimi keçirə bilmirdilər. Qısa bir müddət əvvəl Qazaxstan respublikası parlamentdə bu məsələni müzakirə etdilər və Yanvar ayının 10-u Zilhiccə ayının 10-na müvafiq olaraq Qazaxstanda rəsmi olaraq Qurban Bayramı elan olundu. Bununla da Qazaxstanda ilk dəfə dini bir münasibətə görə istirahət günü olması qərarı verilirdi. Qazaxstan respublikasının prezidenti Nursultan Nazarbayev keçən il öz xalqını Qurban Bayramı münasibətilə təbrik edərkən, gələn il bu bayram münasibətilə istirahət günü elan olunacağına vəd etmişdi. Qazaxstan xalqının yarıdan çoxu müsəlman və hətta Asiyada ərazisinə görə ən böyük müsəlman ölkəsi olsa da öz dini bayramlarını keçirə bilmirdilər. Bu yeni qərarla isə onların sevincinin həddi-hüdudu yox idi və onlar “Gec də olsa, vaxtında oldu” deyə sevinirdilər. Qazaxstan xalqı həmçinin ümid edir ki, bütün dini bayramlarda ölkədə rəsmi olaraq istirahət günü elan olunacaq. Qazaxstan xalqı bu bayramı xüsusi sevinc və fərəhlə qarşılayır. Onlar bayram gününün səhəri bayram namazına gedir, namazdan sonra qurban kəsməyə tələsirlər. Bayram günləri uzunu təkbirlər və zikirlər edir, hamı bir-birini ziyarətdə olur.

0 Comments:

Post a Comment

<< Home