Monday, January 02, 2006

Azərbaycan düz yoldadır!!!!

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət edib. Təbrikdə qeyd olunur ki, 31 dekabr müstəqillik əldə olunduqdan sonra bütün dünyada hər il soydaşlarımız tərəfindən milli birlik və həmrəylik günü kimi qeyd olunur. Ötən dövr ərzində dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində xeyli işlərin görüldüyünü qeyd edən dövlət başçısına görə, bu illər ərzində azərbaycanlıların həmrəyliyi ideyası ictimai təşəbbüslərdən və arzulardan əməli işə çevrilib, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qalxıb: “Azərbaycanlıların kompakt yaşadığı ölkələrdə onların təşkilatlanması, birlik və mütəşəkkilliyin gücləndirilməsi üçün məqsədyönlü fəaliyyət göstərilib”. Dövlət başçısı hesab edir ki, Azərbaycanın və xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələr düşür: “Azərbaycanlıların milli mənəvi dəyərlərinin, mütərəqqi ənənələrinin qorunub saxlanılması və təbliğ edilməsi, mədəniyyət mərkəzlərinin yaradılması və səmərəli fəaliyyəti üçün məqsədyönlü tədbirlər həyata keçirilməlidir.” Azərbaycanın öz tarixinin mühüm və məsul dövrünü yaşadığını qeyd edən prezident ölkənin mühüm nailiyyətlər əldə etdiyini və düz yolda olduğunu qeyd edib. Dövlət başçısı xalqa milli birlik və həmrəylik arzulayıb.

0 Comments:

Post a Comment

<< Home