Tuesday, April 04, 2006


Türkiyə prezidenti Bakıya gəlir - Welcome!

Media Press 04/04/2006 12:09

Türkiyə prezidenti Əhməd Necdət Sezər iki günlük rəsmi səfərlə Bakıya gəlir.
Şəhidlər xiyabanı və ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra Türkiyə dövlət başçısının təntənəli qarşılanma mərasimi olacaq. Təkbətək və nümayəndə heyətlərilə görüşdən sonra hər iki ölkənin prezidenti mətbuat üçün brifinq keçirəcək. Əhməd Necdət Sezərin, həmçinin parlamentin sədri Oqtay Əsədovla görüşü də planlaşdırılır. Bakıya səfərini sabah tamamlayan Türkiyə prezidenti aprelin 5-də baş nazir Artur Rəsizadə ilə görüşəcək, eləcə də Heydər Əliyev Fondunda olacaq

0 Comments:

Post a Comment

<< Home