Tuesday, July 18, 2006


AKADEMİK AZAD MİRZƏCANZADƏ VƏFAT EDİB

Azərbaycan xalqına ağır itki üz verib. Görkəmli alim, əməkdar elm və texnika xadimi, akademik Azad Mirzəcanzadə 78 yaşında vəfat edib.
Azad Xəlil oğlu Mirzəcanzadə 29 sentyabr 1928-ci ildə Bakı şəhərində doğulub. Azərbaycan Sənaye İsntitutunu bitirib (dağ mühəndisi ixtisası üzrə). 1958-ci ildə texnika elmləri doktoru adını alıb. Doktorluq dissertasiyası «Maye, qaz və plazmanın mexanikası» mövzusunda olub. 373-dən yuxarı elmi əsəri çapdan çıxıb. Azərbaycan SSR Əməkdar elm və texnika xadimi (1970), SSRİ-nin Fəxri neftçisi ( 1971), SSRİ Qaz sənayesinin Fəxri işçisi (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980), SSRİ EA-nın Qubkin adına mükafatları (1977, 1982), 2 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilib.A.Mirzəcanzadə onlarla elmi nailiyyətin, qanunların, tənliklərin müəllifidir. O, Azərbaycanın ən böyük alimlərindən biri, əvəzedilməz ziyalı idi.
Allah rəhmət eləsin!

0 Comments:

Post a Comment

<< Home