Friday, May 19, 2006


"İran" qəzeti azərbaycanlıları "həşərat" sayır

Təbrizli tələbələr millətin təhqir olunmasına etiraz edərək genişmiqyaslı etiraz aksiyalarına başlayıblarTehranda çıxan "İran" qəzetində dərc olunmuş karikaturalar təbrizli tələbələri ayağa qaldırıb. Karikaturada böyük bir taxtabiti təsvir olunub və altında yazılıb: "Susk, yəni susərilərlə ("susəri" farsca "susar", yəni taxtabiti və "azəri", yəni azərbaycanlı kəlmələrinin eybəcər birləşməsidir, - H.B.) mübarizənin müxtəlif yolları var ki, onlardan biri həmin məxluqlarla öz dillərində danışmaşdır. Amma nə edəsən ki, suskların 80 faizi dillərini bilmirlər. Bəs belədirsə, biz onlarla nə dilində danışaq?"Digər karikaturada isə bir adam "susəri"lərlə üzbəüz oturub onlara nəsə deyir, "susərilər" də anlamayıb soruşurlar: "Nəmənə?"Yçüncü karikaturada isə İranın futbol üzrə milli komandası "Setaregane Parsi" adlandırılır.Həmin karikaturalara etiraz edən Təbriz Universitetinin 4000-ə yaxın azərbaycanlı tələbəsi genişmiqyaslı etiraz aksiyasına başlayıblar.Universitetin qarşısındakı "Vəhdət" meydanına toplaşan tələbələr dünən "Yaşasın Azərbaycan!", "Ruznameye faşisti -tetil bayed gerded!", "Ey mellethaye İran - ittihad, ittihad!", "Azərbaycane canbaz - kimliyindən ayrılmaz!", "İşıq hələ sönməyib - ana dilim ölməyib!", "Şuare her azeri - hoviyyet, hoviyyet!", "Mənim dilim ölən deyil, fars dilinə dönən deyil!", "Merg ber şovinizm, merg ber faşizm, merg ber panfarsizm" şüarlarını hayqırıblar.Meydanda mitinq keçirən tələbələr az sonra improvizə edimliş tribuna hazırlayaraq çıxışlara başlayıblar. Çıxışlardan əvvəl gənclər "Azərbaycan, sənsən mənim" mahnısını oxuyublar.Sonda isə İranın dini rəhbəri ayətulla Xamneyi ilə prezident Mahmud Əhmədinecata ünvanlanmış müraciət imzalanıb.Təbrizli tələbələrin etiraz aksiyalarına Tehran və Urmiyədəki gənclər də həmrəy olduqlarını bildirmək üçün mitinqlər keçiriblər.İranın Azərbaycandakı səfirliyindən isə bildirilib ki, "İran" qəzetində azərbaycanlıları təhqir edən karikatura dərc olunmayıb və "bu barədə deyilənlər həqiqətə uyğun deyil".Bu arada "İran" qəzeti dərc etdiyi karikaturaların doğurduğu hiddətdən əndişələnərək tez-tələsik üzr istəyib.Qəzetin yaydığı açıqlamada bildirilir ki, bəs bəzi hallarda "təsadüfi səhv və qüsurlar olur".

0 Comments:

Post a Comment

<< Home