Thursday, July 21, 2005






Azərbaycan




Xəzər dənizinin qərb hisəəsində yerləşən Azərbaycan Asiya qitəsinin şərq və qərb hissələri arasında stratejik bir yeri əhatə edir.
Belə bir coğrafi mövqeyə malik olduğundan, bir çox şahlıqlar və imperiyalar, farsların Böyük Sirusu, böyük Roma generalı Pompey, Böyük Aleksandr, Teymurləng və Çingiz xan kimiləri bu regionu idarə etmək üçün mübarizə aparmışlar.
Arxeoloqlar indiki Azərbaycanda ilk insan məskənlərini Daş dövrünə aid edirlər. Tarixdən əvvəlki mağara yaşayışları bütöv Azərbaycan ərazisində, xüsusilə öz qaya rəsmləri ilə məşhur olan Qobustanda aşkar edilmişdir. Etnik və linqvistik xüsusiyyətlərinə görə Azərbyacan əhalisi indiki Türkiyə ərazisində 1000 il əvvəl yaşamış köçəri türk tayfalarından törənmişdir. Bugün Azərbaycan 70-dən çox müxtəlif etnik qrupların - azərbaycanlıların, kürdlərin, yəhudilərin, rusların, ermənilərin, ləzgilərin və digərlərinin məskənidir.


Tarixi olaraq Azərbaycan 2 hissəyə - Şimali və Cənubi hissələrə bölünmüşdür. Şimali Azərbaycan indiki Azərbaycan Respublikası daxil olan əraziləri, Cənubi Azərbyacan isə indi Şimali İran kimi tanınan əraziləri əhatə edir. İndiki Azərbaycanın kökləri eramızdan əvvəl IV əsrdə yaranmış olan şimaldakı Qafqaz Albaniyası və cənubdakı Atropatan kimi krallıqların izləridir. Sonuncu öz adını onun yaradıcısı, Makedoniyalı İsgəndərin sələfi olan Atropatın adından götürür. Həqiqətdə isə, bir çox tarixiçilər "Azərbaycan" sözünün Atropatan adından yarandığına inanırlar. Eramızın II əsrində Qafqaz Albaniyası əsas regional gücə çevrilmişdi. Qədim ədəbiyyatlar Qafqaz Albaniyasını ayrı bir ekonomik bazası olan parçalanmış dövlət kimi təsvir edirlər. Onun sərhədləri indiki Azərbaycan sərhədləri idi və Naxçıvan və Dağlıq Qarabağ dağlarının yerləşdiyi əraziləri də birləşdirirdi. III əsrdə bir sıra şəhərlər - Bakı, Bərdə, Gəncə, Naxçıvan ticərət və administrativ mərkəzlər kimi çiçəklənirdi
Qafqaz Albaniyası şahlığı regiondakı ilk xristian birliklərinin evi sayılırdı. IV əsrdə xristianlıq şahlığın prinsipial dininə çevrilmişdi. Formal olaraq İran sasanilərinin vassalı olsa da, Qafqaz Albaniyası böyük dərəcədə muxtariyyətə malik idi və şərti olaraq müstəqil dövlət kimi idi. VII əsrdə Qafqaz Albaniyası Ərəb Xilafətinin əsarəti altına düşdü və regionda islamlaşdırma həyata keçirildi. İnsanların çoxu islamı qəbul etdi və islam adət-ənənəsinin təsiri şahlıqdan kənar yerlərdə də yayılırdı. Bütün bu əsrlər ərzində bu ərazi, köçəri türk tayfalarının və konfederasiyalarının, həmçinin Hunların və Xəzərlərin uğurlu miqrasiyalarının şahidi oldu. Azərbaycan türkləri həm köçəri türkləri həm də albanları özlərinin əcdadları kimi qəbul edirdilər.
IX əsrdə, Alban şahlığı, daha sonra Ərəb Xilafətinin vassalı, bir zamanlar Şimali Azərbaycan üzərindəki nəzarətin bir hissəsini itirdi. Regiondakı alban rəhbərləri Şərqi Qafqazda Şirvanilər sülaləsinin dirçəlişi (6-16-cı əsrlər) nəticəsində kölgədə qaldı. Bir zamanlar Qafqaz Albaniyası şahlığı tərəfindən idarə edilən geniş əraziləri, indi öz idarəsi altına alan Şirvanilər sülaləsi 10-cu əsrdə özünün ən yüksək zirvəsinə çatdı. Sonrakı əsrlərdə Aərbaycan Mərkəzi Asiyadan olan türk imperiyaları tərəfindən idarə olunur və bu regionda türkləşməyə səbəb olur. XI əsrdə Səlcuq türkləri, daha sonra 13-cü əsrdən 15-ci əsrlərə qədər Çingizxan və Teymurid imperiyaları, 15-ci əsrdə isə Ağqoyunlu və Qaraqoyunlu dövlətləri Cənubi Azərbaycanda yerləşdilər.
16-cı əsrin başlanğıcında Cənubi Azərbaycanda mövcud olan Şəfəvidlər sülaləsi farsların şahlığını qəbul etdi və Naxçıvan və Qarabağ xanlıqlarını da idarə edən Şirvan şahlığına birləşdirildi. Səfəvilər sülaləsinin qurucusu I Şah İsmayıl (1501-1524) Macarıstan və Almaniya ilə münasibətlər yaratdı və müqəddəs Roma imperatoru V Kral ilə hərbi razılaşmaları ifadə edən danışıqlara başladı. 16-cı əsrin ikinci yarısında Türk Osmanlı İmperiyası ilə Səfəvilər arasında olan müharibələrdə Osmanlılar 1578-1603-cü illər ərzində Şərqi Qafqazı zəbt etdilər. Səfəvilərin rəhbərliyinin zəiflədiyi bir dövrdə ruslar və Osmanlılar arasında ərazi üzərində mübarizə gedirdi.
18-ci əsrin iki dekadası ərzində Azərbaycan tarixində kəskin vəziyyət müşahidə edilir: bölgədə rusların təsirinin başlanması və I Pyotrun Xəzər sahillərini idarə etməsi. 18-ci əsrin ortalarında Səfəvilər sülaləsinin süquta uğraması Qafqazda bir çox müstəqil xanlıqların - Bakı, Qarabağ, Quba, Naxçıvan xanlıqlarının yaranmasına gətirib çıxartdı. Bu xanlıqlar əsasən islam və türk mənşələi idilər və əraziyə nəzarət etmək üçün mübarizə aparırdılar. Böyük Yekatrina, əsasən Səfəvilər tərəfindən idarə olunan Cənubi Azərbaycanı öz konsolidasiyası altında birləşdirən İran ilə hegemonluğunu genişləndirməyi güdürdü. Nəticədə 1804-1813 və 1826-1828-ci illərdə Rusiya-İran müharibələri baş verdi. Birinci müharibə Şimal xanlıqlarının bir çoxunun Rusiyanın himayəsi altına verməklə nəticələnən Gülüstan müqaviləsi ilə sona endi. İkinci müharibə Türkmənçay müqaviləsi ilə sona endi və İrəvan və Naxçıvan xanlıqları üzərində rəhbərliyin Rusiyaya verilməsi ilə nəticələndi. Bu iki müqavilənin bağlanması ilə Azərbyacan iki hissəyə bölündü və Şimali Azərbaycan Rusiyanın nəzarətinə keçdi. Lakin 1918-20-ci illər Azərbaycanın müstəqilliyi dövrü nəzərə alınmazsa bu vəziyyət Sovet İmperiyasının tamamən dağılmasına qədər davam etmişdir.
19-cu əsrin ikinci yarısında Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdirildi və böyük neft ehtiyatları aşkar edildi. Doğrudan da Bakı bu gün müasir neft sənayesinin dirçəliş yeri sayıla bilir. Bakı Dünyanın hər bir tərəfindən investorları və neft sənayeçilərini cəlb edirdi və bunlar arasında Alfred Nobel və onun qardaşlarıni göstərmək olar. Fakt odur ki, Alfred Nobelin Bakıda neft sənayesində qazandığı zənginlik sayəsində ona Nobel mükafatını təsis etməyə imkan vermişdi.
I Dünya müharibəsinin sonunda Rusiyada çarizmə son qoyulduqdan sonra Azərbaycan öz müstəqilliğini elan etdi. 1918-ci il 28 mayda - hal-hazırda müstəqillik günü kimi qeyd olunan bir gündə - azərbaycanlılar özlərinin müstəqil dövlətini, Azərbaycan Demokratik Respublikasını yaratdılar. ABŞ da daxil olmaqla beynəlxalq birlik yeni qurulmuş ölkəni çox tez tanıdı. Regionda ilk dəfə olaraq yeni müstəqillik qazanan Azərbaycanda demokratik hakimiyyət quruldu.
Lakin iki qısa il sonra, Rusiya yenə də Azərbyacan üzərində hakimiyyəti ələ keçirdi. 1920-ci ilin aprelində Rusiya bolşeviklərinin 11 Ordusu Azərbaycanı işğal etdi və hakimiyyəti ələ keçirdi. Qızıl Ordu tərəfindən Azərbaycan ərazisinin işğal edilməsi nəticəsində Azərbaycan zorla Sovet İttifaqına cəlb edildi və 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifagının (SSRİ) sülh məramnaməsini imzalamağa məcbur edildi.
Sonrakı 70 il ərində Azərbaycan Sovet Dövlətinin müstəmləkəsi olaraq faliyyət göstərdi. Sovet rəhbərləri Azərbaycan ərazisi olan Zəngəzuru Ermənistana birləşdirdilər və beləliklə Naxçıvan ərazisi Azərbaycanın digər hissəsindən ayrılmıs oldu. SSRİ-nin tərkibinə birləşdirildiyi zaman Azərbaycanın tam ərazisi 114 000 kv. km idi və 1991-ci ildə müstəqillik qazandığı zaman onun ərazisi artıq 86 600 kv. km olaraq qalmışdı.