Thursday, August 31, 2006

http://www.qismet-az.com/mp3/Azerbaycan.mp3

Qismetin ifasinda AZERBAYCAN mahnisi ve (ashagida) sozleri:

Nerde beni gül qoynunda doğuran
Xemirimi göz yaşiyla yoğuran
Beşiyimde "lay-lay, balam" çağıran
Azerbaycan, benim bahtsız anam, oy!
Bir neçe il hasretinle yanam, oy!

Haber alsam Muğan'ımdan, Mil'imden
Nazlı Bakü, o neft kokan gülümden
Kim demiş ki, düşmüş ismin dilimden?
Azerbaycan, benim eşsiz yurdum, oy!
Ölmez eşqim, içimdeki derdim, oy!

Gönlüme tek sıla yaptım seni ben
Sensiz ne edem gurbet elde günü ben
Sensiz ne edem bu dünyada ünü ben
Azerbaycan, benim tahtım, tacım, oy!
Oyanmaz mı kör olası bahtım, oy!

Monday, August 28, 2006


SEYİD CƏFƏR PİŞƏVƏRİ – 113

Güney Azərbaycan türklərinin milli və demokratik hərəkatları sırasında 1945-ci il dekabrın 12-də (21 Azərdə) baş vermiş hərəkat öz məzmununa, əhatə dairəsinə və demokratik xarakterinə görə xüsusi yer tutur. Bu hərəkat hər şeydən əvvəl Güney Azərbaycanda İran hakim dairələrinə və Pəhləvi rejiminin şovinist siyasətinə, ayrı-seçkiliyə, zorakılığa qarşı olub. 21 Azər həm də Səttərxan və Şeyx Məhəmməd Xiyabani hərəkatlarının davamı idi, lakin həmin ideya və məqsədləri daha yüksəklərə qaldırmışdı.
S.C.Pişəvəri 1893-cü il avqustun 26-da Xalxal mahalının Zeyvə kəndində anadan olub. İlk təhsilini Xalxalda alandan sonra ailəsi ilə birlikdə Bakıya gəlib və burada təhsilini davam etdirib. Onun gənclik illəri 1917-ci il inqilabına və Qafqazda gedən mubarizələr dövrunə təsadüf edib.
Pişəvəri bir müddət Ədalət firqəsinin mətbu orqanı olan «Hürriyyət» qəzetinin məsul redaktoru vəzifəsində işləyib, daha sonra İrana qayıdıb. 9 il Rza xanın əleyhinə mübarizə aparıb, 1930-cu ildə həbsə alınıb, 11 il Tehranda Qəsr Qacar zindanında saxlanıb.
Zindandan sonrakı fəaliyyət dövrü daha səmərəli olub. 1941-ci ildə SSRİ ilə İran arasında mövcud olan müqaviləyə görə, sovet ordusunun hissələri İrana daxil oldu. Bu və bəzi başqı amillər İranın ictimai-siyasi həyatını müəyyən qədər dəyişdirdi. Azacıq demokratik şəraitin yaranması mütərəqqi qüvvələrin dirçəlməsinə şəraiit yaratdı. S.C.Pişəvəri bu şəraitdən istifadə etməyi bacardı. O, İranın demokratik mətbuat dairələri içərisində «Ajir» qəzetinin məsul redaktoru kimi böyük nüfuza malik idi. Mətbuatın «Azadlıq» cəbhəsinin yaranması və 44 gündəlik qəzetin bu cəbhədə birləşməsi ancaq və ancaq S.C.Pişəvərinin bacarıqlı təşkilatçi və görkəmli rəhbər olmağının nəticəsiydi.
1945-ci il sentyabrın 3-də Təbrizdə S.C. Pişəvərinin və onun yaxın silahdaşlarının iştirakı ilə yaradılmış Azərbaycan Demokrat Firqəsi 21 Azər inqilabının rəhbəri və təşkilatçısı oldu. Bu firqənin rəhbərlərinin çoxu Məşrutə və Xiyabani hərəkatının iştirakçıları və ya onların övladları idi.
Azərbaycan Demokrat Firqəsi yaranandan 21 Azərədək təqribən 4 ay ərzində firqə çox ciddi və böyük tədbirlər həyata keçirib ki, bu tədbirlər də 21 Azərin təşkilatınmasında və ideoloji cəhətdən hazırlanmasında müstəsna rol oynayıb.
Firqənin 1-ci və 2-ci plenumları, 1-ci qurultayı, Xalq Konqresi, sonra isə Azərbaycan Milli Məclisinin çağrılması - bütün bunlar Pişəvərinin başçılıq etdiyi Azərbaycan Demokrat Firqəsinin gördüyü, siyasi və əməli cəhətdən böyük önəm kəsb edən işlər idi. Görülmüş bu dəyərli tədbirlərin və rejimə qarşı üsyana hazır xalqın fədakarlığı nəticəsində 61 il bundan əvvəl 1945-ci il dekabrın 12-də 21 Azər inqilabı qalib gəldi.
Cəmi bir il yaşamış Azərbaycan Milli Hökümətinin gördüyü işlərin (demokratik azadlıqlar, iqtisadi və mədəni sahədə görülən uğrlu işlər və sair) miqyası çox geniş idi.
Azərbaycan milli dövlətinin bir illik fəaliyyəti haqda Arvand İbrahimyanın «İran iki inqlab ərəfəsində» kitabindan bir cümləni xatırlatmaq isdərdim. İbrahimyan yazır: «Hətta firqəyə muxaliflər olanlar belə bu bir ildə iyirmi illik Riza şah dövrundən çox iş görüldüyünü etiraf etdilər».
21 Azər və onun nəticəsi olan Azərbaycan Milli Höküməti xalqımızın şanlı səhifəsi, milli-mənəvi dəyəridir. 21 Azər hərəkatının əzəməti və inqilabi məzmunu xalqımızın tarixi yaddaşında əbədi və silinməz izlər buraxıb.
Yazını S.C.Pişəvərinin sözləri ilə bitirmək istərdim: «Minlərcə məlumatsız və siyasi biliksiz adamları bir neçə faydalı şüarlarla yığmaq mümkündür, lakin onları uzun müddət saxlamaq o vaxt mümkün olar ki, firqə yüzlərcə anlaqlı, bacarıqlı, siyasi cəhətdən məlumatlı adamlar yetişdirməyə müvəffəq olmuş ola. Bunsuz iş qabağa gedə bilməz. Firqə başçıları orduların əfsərlərinə (zabitlərinə) bənzər. Nizami və hərbi məlumatı olmayan əfsər heç bir vaxt qoşunu fəth və zəfərə nail edə bilməz. İşimizin əvvəli olduğu üçün bu vaxta qədər göbələk kimi yağış nəticəsində çıxıb foriyətlə məhv olub gedən siyasi firqələrdən ibrət alınmalıdır. İstər Azərbaycan, istərsə İranın ayrı nöqtələrində bu günə gədər yüzlərcə firqələr və cəmiyyətlər vücudə gəlmişdir. İndi isə onların əksəriyyətindən quru bir ad belə qalmamışdır. Nə üçün? Ondan ötəri ki, o firqələri təşkil edib onların başında duranlar siyasi məlumata malik deyilmişlər.Biz bu nöqsanı ciddi bir surətdə rəf edib, firqə üzvlərinin ehsasatını təhrik etməkdən artıq onların məlumatını artırmağa çalışmalıyıq. Siyasi iş və elmi-siyasi bir mədrəsə açmaq imkanımız yoxdur. Lakin əldə olan vasitələrdən həddən artıq istifadə etməkdən sərf nəzər etmək olmaz».

Tuesday, August 22, 2006

DIQQET, DIQQET!!!!!!!!!!!

BU GUNDEN ETIBAREN www.azlinkcatalog.com counter ini (saygacini) bloqumdan goturmushem. SEBEB: adi chekilen saytdan muemmali shekilde xristian agetasiyasi ile meshgul olan bir sayta link qoyulmasi.... adi demeyejem, problem axtarmiram....

Wednesday, August 09, 2006


BELE MENASIZ SHEYLERE SHERH YAZMAZLAR........