Thursday, December 29, 2005



Prezidentlərin görüşü münaqişənin həllində dönüş mərhələsi olacaq
Azərbaycan və Ermənistan prezidentlərinin gələn ilin yanvar ayının sonu və yaxud fevralın əvvəllərində keçiriləcək növbəti görüşündə Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması ilə əlaqədar tərəflərin ortaq məxrəcə gələcəyi istisna edilmir.
Başa çatmaqda olan ilin son günlərində Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması istiqamətində aparılan işlərin intensivləşməsi müşahidə olunmaqdadır. Bu baxımdan ATƏT Minsk Qrupu həmsədrlərinin bir müddət bundan əvvəl münaqişə bölgəsinə səfərləri zamanı problemin gələn il aradan qaldırılacağı barədə söylədikləri fikirlərin münaqişədə olan tərəflərin dövlət rəsmilərinin də dəstəkləmələri diqqəti cəlb edir.
Uzun müddət problemin aradan qaldırılmasına münasibətdə sərt mövqe nümayiş etdirən Ermənistan rəsmiləri, nəhayət ki, münaqişənin aradan qaldırılmasının vacibliyini dərk etməyə başlayıblar. Hər halda Ermənistan xarici işlər naziri Vardan Oskanyanın bir neçə gün bundan əvvəl KİV nümayəndələrilə söhbətində problemin aradan qaldırılmasının artıq qaçılmaz zərurətə çevrildiyini deməsini təsadüfi hesab etmək olmaz. O: “2006- cı ildə Dağlıq Qarabağ münaqişəsini həll etməyə məcburuq. Çünki artıq vaxt gözləmir və bu problemin aradan qaldırılması hər iki tərəfin maraqlarına uyğundur”-deyib. Bununla belə Oskanyan problemin aradan qaldırılması üçün çox işlərin görülməsinə ehtiyac olduğunu vurğulayıb. Amma erməni nazir belə hesab edir ki, münaqişənin aradan qaldırılması məsələsində tərəflər ciddi kompromislərə getməyə hazır olmalıdırlar. Oskanyan eyni zamanda hər iki ölkədə ictimai rəyi qəbul ediləcək qərarlara hazırlamağın da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Oskanyanın məsələ ilə bağlı dediyi digər fikirlər də diqqəti cəlb edib. O deyib ki, hər hansı bir qərarı tərəflərə zorla qəbul etdirmək olmaz və bu məsələdə hər iki tərəfin qarşılıqlı razılığı lazımdır. Bununla belə, Oskanyan münaqişənin gələn il aradan qaldırılması ilə əlaqədar söylənilən fikirlərin şişirdilməsinin əleyhinə çıxıb. O belə hesab edir ki, danışıqlarda irəliləyiş olsa da, bu hələlik arzu edilən sülh anlaşmasının imzalanması üçün yetərli deyil. Ermənistan xarici siyasət idarəsinin başçısı iki ölkə prezidentlərinin görüşündən əvvəl xarici işlər nazirlərinin bir araya gələrək bəzi mühüm məsələləri müzakirə etməsinin zəruriliyini də vurğulayıb. Qeyd edək ki, Oskanyanın fikirlərində bəzi ziddiyətlər də nəzərə çarpır. O bir tərəfdən gələn il münaqişənin aradan qaldırılmasının zəruriliyini söyləyir, digər tərəfdən də problemin həllilə bağlı məsələni şişirtməməyə çağırır. Bu isə o deməkdir ki, Oskanyan çətin vəziyyətdə qalıb. O münaqişənin gələn il aradan qaldırılacağını başa düşsə də buna hazır deyil. Oskanyanın hər hansı bir qərarın tərəflərə zorla qəbul etdirilməsinin yolverilməzliyni bildirməsindən belə başa düşmək olar ki, problemin aradan qaldırılması və işğal edilmiş torpaqların azad edilməsi barədə beynəlxalq təşkilatlar tərəfindən Ermənistana təzyiqlər göstərilir. Yeri gəlmişkən məsələ ilə əlaqədar digər bir fakta da diqqəti cəlb edək. Oskanyanla eyni zamanda ATƏT MQ-nın Rusiyadan olan həmsədri Yuri Merzlyakov mətbuata verdiyi açıqlamada Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aradan qaldırılacağını deyib. Rusiya səlahiyyətlisinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyini söyləməsi isə bu məsələdə Kremlin mövqeyində də müəyyən dəyişikliklərin olduğunu göstərir. Merzlyakov eyni zamanda Azərbaycan və Ermənistan prezidentlərinin gələn ilin yanvarın sonu və ya fevralın ilk ongünlüyündə görüşmələri barədə razılıq əldə edildiyini deyib. Bu xəbəri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da təsdiq edib. Beləliklə, hadisələrin gedişi göstərir ki, gələn ilin münaqişənin həllində dönüş il ola biləcəyi ehtimalı, həqiqətən də, yüksəkdir və bunun reallaşıb-reallaşmayacağını hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi göstərəcək.



NƏHAYƏT YENİ MOBİL OPERATORLAR GƏLDİ


Rəqabət nəticəsində qiymətlərin düşəcəyi güman edilir RABİTƏ və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) «Azerfon» şirkətinə və «CATEL» BM-ə mobil rabitə xidmətləri göstərmək üçün lisenziya verib (APA). Gələn ildən «Siemens» şirkəti tərəfindən yaradılan «Azerfon» şirkəti üçüncü GSM, ABŞ-ın «Omnitel» şirkəti ilə birgə yaradılmış «CATEL» BM isə CDMA sistemi üzrə dördüncü mobil rabitə xidmətləri göstərəcək. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov sistemin hazır olması ilə əlaqədar «CATEL»in fəaliyyətə daha tez başlaya biləcəyini qeyd edib. Onun sözlərinə görə, üçüncü mobil operator «Azerfon» gələn ilin əvvəlindən şəbəkəsini qurmağa başlayacaq. Ekspertlərin fikrincə, rəqabət nəticəsində mobil xidmətlərin qiyməti aşağı düşəcək.


YENİ MANATIMIZ TƏQDİM EDİLDİ

Milli valyutamız 1, 5, 10, 20, 50 və 100 manatlıq əskinaslardan və 1, 3, 5, 10 və 50 qəpiklik sikkələrdən ibarətdir M.ZEYNALOV Dünən Azərbaycanın yeni pul nişanlarının "Ekselsior Notel Baku" mehmanxanasında təqdimetmə mərasimi keçirilib. Mərasimdə Azərbaycanın prezidenti İlham Əliyev və digər dövlət rəsmiləri də iştirak ediblər. Prezident ilk öncə mehmanxananın foyesində müxtəlif dövrlərə aid pul nümunələrinin sərgisinə baxıb. Sonra tədbiri Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov açıb. O, dövlət başçısının 7 fevral 2005-ci il tarixli fərmanına uyğun olaraq dövriyyəyə hazırlanan milli valyuta barədə danışıb. E.Rüstəmov bildirib ki, avronun müəllifi olan Robert Kolinanın tərtibatı əsasında hazırlanan milli valyutamız 1, 5, 10, 20, 50 və 100 manatlıq əskinaslardan və 1, 3, 5, 10 və 50 qəpiklik sikkələrdən ibarətdir. Əskinaslarda 4 qrupa bölünmüş 30-a yaxın müasir elementlər var. Yeni manat İsveçrə frankının hazırlanmasında istifadə edilmiş kağızlarda çap olunub. Prezident İ.Əliyev mərasimdə çıxış edərək yeni manatın tədavülə buraxılmasını çox mühüm hadisə kimi dəyərləndirib. Dövlət başçısı bu addımı ölkəmizin zənginləşməsi və müasirləşməsi ilə əlaqələndirib. Prezident son 10 ildə ölkə iqtisadiyyatının sürətlə inkişafının bütün sahələrdə olduğu kimi pul sisteminin təkmilləşdirilməsi zərurəti də doğurduğunu diqqətə çatdırıb. İ.Əliyev bildirib ki, 1996-cı ildən başlayaraq Azərbaycan iqtisadiyyatının inkişaf tempi ildə orta hesabla 10 faiz təşkil edib və belə bir şəraitdə yeni valyutanın dövriyyəyə buraxılmasının çox böyük əhəmiyyəti var. "2005-ci ildə iqtisadi inkişaf tempinə əsasən Azərbaycan sürətli inkişaf ərəfəsindədir. Respublikada artıq möhkəm iqtisadi bazis mövcuddur. Bu gün aparılan islahatlar milli iqtisadiyyatı daha da gücləndirib" deyən İ.Əliyev həmçinin qeyd edib ki, orta illərdə investisiya daxilolmalarının əsas axını xaricdən gətirilirdisə, bu gün iqtisadi artım irimiqyaslı daxili investisiyaların həcmini genişləndirməyə imkan verir. "Manatın yeni dizaynı yalnız milli valyutanın şəklinin dəyişməsi deyil. Bu, Azərbaycanın iqtisadi artımının təzahürüdür", - deyə prezident əlavə edib. Dövlət başçısı həmçinin qeyd edib ki, son illərdəki ölkə rəhbərliyi tərəfindən aparılan bütün iqtisadi islahatlar istisnasız olaraq uğurlu olub. İ.Əliyevin sözlərinə görə, 1990-cı illərin ortalarında başlanmış islahatlar sayəsində Azərbaycan regionda iqtisadi baxımdan aparıcı dövlətə çevrilib. Mərasimdə çıxış edən prezident həmçinin ümid etdiyini bildirib ki, yaxın illərdə iqtisadi inkişaf tempi daha da yüksələcək. O qeyd edib ki, bu gün makroiqtisadi sabitliyin saxlanılması ölkə üçün daha böyük əhəmiyyət kəsb edir. Prezidentin sözlərinə görə, son 10 ildə Azərbaycanda iqtisadi sabitlik təmin edilib və Milli Bankın bu sahədə strategiyası və siyasəti böyük rol oynayıb. Dövlət başçısı 2005-ci ilin əvvəlində inflyasiyanın çoxalmasını misal göstərib. Amma Azərbaycan Milli Bankının təcili tədbirləri sayəsində vəziyyət bərpa edilib və ilin sonunadək inflyasiyanın səviyyəsi normallaşıb. Eyni zamanda dövlət başçısı daha dəqiq iqtisadi strategiyanın aparılması zərurətini qeyd edib. Prezidentin sözlərinə görə, yaxın gələcəkdə iri regional layihələrin gerçəkləşdirilməsi güclü infrastrukturun yaradılması ilə bağlı tədbirlərin keçirilməsi, əhalinin rifah halının yüksəldilməsi və sair işlərin həyata keçirilməsi planlaşdırılır. Dövlət başçısı həmçinin qarşıdakı illərin Azərbaycan üçün yüksəliş dövrü olacağını da qeyd edib.

Saturday, December 10, 2005

Азербайджан снова готовится к войне !!!!!!!!!!


«Азербайджан готов возобновить войну против Армении», - заявил министр обороны Азербайджана, встречаясь с помощником главы американского военного ведомства. Военный министр Сафар Абиев сказал, что решение может последовать немедленно после признания Арменией независимости Нагорно-Карабахской Республики, сообщает «Телеграф». Реплика Абиева последовала после интервью армянского президента словенской газете Delo, в котором лидер Армении заявил, что если переговоры по дальнейшей судьбе республики не принесут никаких результатов, Армения может признать ее независимость и включить Карабах в свой состав. Кроме того, армянский президент добавил, что фактически Нагорно-Карабахская Республика и так является независимой. Министр обороны Азербайджана также напомнил, что в случае конфликта будет поставлена под угрозу безопасность нефтепровода «Баку-Тбилиси-Джейхан». Конфликт в Нагорном Карабахе между Азербайджаном и Арменией - один из наиболее кровопролитных этнополитических конфликтов на территории бывшего СССР. В 1988 году депутаты Нагорно-Карабахской Автономии принял резолюцию с просьбой о выходе из состава Азербайджана и присоединении к Армении. Азербайджан отреагировал на это отменой автономного статуса области. За этим последовали серьезные беспорядки, сопровождаемые зверствами с обеих сторон.В 1994 году воюющие стороны подписали в Бишкеке протокол о прекращении огня, который соблюдается по сегодняшний день. Однако статус Нагорного Карабаха не определен до сих пор.

Wednesday, December 07, 2005


Sonra da deyirlər ki, Bakı qızları günü-gündən çılpaqlaşır. Bu cür reklamlara baxan qızlar sizcə necə olacaq... Hanı bu şəhərin qeyrətli reklamları?Bura "Qarabağı unutma!" yazılsaydı pis olardı?Eh, onsuz da xeyri yoxdur. Nə reklamımız bilinir, nə də reklam mədəniyyətindən başı çıxanlar bu işin başındadırlar...Pulun olsun nə istəsən et... (AF)

Friday, December 02, 2005



Allah səndən razı olsun !!!!!!!!!!!!!!!!!!!!!!!!


Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı «Cəngi» birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi. Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışmaqa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəlaiyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədn məlumat verən telequrum kimi qəbul edirdilər. Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinn 1992-ci ilə qədər olan dövrünün əsil salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əskər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əskərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qəısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir. Və Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi. Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.

Good-bye USSR!!!!

Əhalinin 1 faizində sovet pasportu qalıb Olaylar 02/12/2005 14:24

Hazırda bütün respublika üzrə əhalinin cəmi bir faizində keçmiş sovet pasportları qalıb ki, bu hallara daha çox ucqar bölgələrdə rast gəlinir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, seçkilərdən sonra da əhalinin şəxsiyyət vəsiqələri ilə təmini prosesi əvvəlki templə davam edir. Əgər seçki öncəsi əhalinin 2 faizi şəxsiyyət vəsiqəsi almamışdısa, hazırda bu rəqəm 1 faizə enib: "Bəzən elə hallar olur ki, ucqar kəndlərdə yaşlı vətəndaşlar müəyyən məsələlərlə bağlı sovet pasportunu təhvil verməyib. Bu da əhalinin şəxsiyyət vəsiqələri ilə təminində 100 faiz ifadəsini işlətməyə mane olur". Ümumiyyətlə isə, şəxsiyyət vəsiqələrinin verilməsi dinamik prosesdir. 16, 25, 35 və 50 yaşlarında, eləcə də vətəndaşla bağlı məlumatlarda hansısa dəyişikliyə ehtiyac duyularsa, vəsiqələr yeniləşdirildiyindən proses bütün il boyu həyata keçirilir".