Sunday, November 27, 2005

BAYRAQ

Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası-bayraq.
Zəfərdən doğulmuş
Göytürkdən qalan Qurdbaşlı bayrağın balası bayraq.

Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim!

Bir kere yukselen Bayraq bir daha enmez...... M.E.Resulzade...

BEXTIYAR VAHABZADE

Saturday, November 26, 2005

Mənə dəniz verin

Mənə dəniz verin, tənha qalmışam,
O, mənə ən şirin sözlər deyəcək.
Mənə dəniz verin, bəlkə bu axşam,
Yursular qapımı gəlib döyəcək.

Səhər açılanda, gecə düşəndə,
Mənə dəniz verin, qoy darıxmayım.
Gözümün yaşında islanım bir az,
Kədərli baxışla ona baxmayım.

Mənə dəniz verin, o tənha qalıb,
O, məni axtarır, məni gözləyir,
Gedirəm dənizə, dəniz mənimdir,
O dəniz gözlərim səni gözləyir.

Mənə dəniz verin, isinim bir az,
Onun gözlərinə qarışam bəlkə,
Tapım sularında göz yaşlarımı,
Orda taleyimlə barışam bəlkə.

Səhər açılanda, gecə düşəndə,
Mənə dəniz verin, qoy darıxmayım.
Gözümün yaşında islanım bir az,
Kədərli baxışla ona baxmayım.

Ağlamağım var, gözəlim

Nə işim var, nə evim var, nə bağım var gözəlim,
Nə pulum var, nə ətim var, nə yağım var gözəlim,

Demə ki, yoxdu bağım mən tərəvəzdən kasıbam,
Kabinetlərdə kudum, balqabağım var gözəlim.

Neynirəm mən maşını gərçi məni dərd aparır,
Əlli dörd at gücünə tən ayağım var gözəlim.

Mənə tən eyləmə ki, evdə çırağım yoxdur,
Vacib oldur ki, dənizdə "Çırağ"ım var gözəlim.

Nə olar ki, Bakıya erməni təşrif buyurub,
Erməniynən axı burda calağım var gözəlim.

Məni toy məclisinə bir hacı dəvət elədi,
Dedi "şollar" şüşəsində arağım var gözəlim.

Bədgüman olma ki, dəryaya gedərsəm quruyar,
Çünki dərya qədəri ağlamağım var gözəlim.

Yedilər, qoymadılar ortada bir şey qalsın,
İncimə söyləsəm ancaq qırağım var gözəlim.

Saçım ağ, saqqalım ağ, neynirəm ölsəm kəfəni,
Bəxti-Pünhanə sevin, pulsuz ağım var gözəlim.

28 aprel, 2002

Friday, November 25, 2005

Bu da bir tale
Bu da bir cür bext
İnsan özünkünden bezir,nedendir?
Seni üreyimde saxladığım vaxt
Gözüm başqasını gezir,nedendir?
Döndüm dünenime, baxtım bu güne
Çoxunun ağlı ile bexti tersine
Dünya yaxşılara durub hemişe qesdine
Yaxşı bu bexte dözür nedendir?....

YERİ VAR, YERİ VAR!!!!!!!!!!!!